​“Torpaqları işğalda olan ölkədə televiziyaların şou-biznesə bu qədər yer ayırması...” – QARABAĞ QAZİSİ ÜSYAN ETDİ - VİDEO

Baxış sayı:
6118

Ölkəmizin ərazi bütövlüyü uğrundakı döyüşlərdə gözünü, ayağını itirən Kamil Musavini Azərbaycanda tanımayan yoxdur. 2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirən kəşfiyyatçı baş leytenant Kamil Musəvi bir qazi olmaqla yanaşı, həm də əsl vətəndaş mövqeyi ilə seçilir. O, məhz bu mövqeyinə görə yüz minlərlə insanın simpatiyasını qazanıb.
 
Muxalifet.az xəbər verir ki, Qarabag qazisi bu dəfə sosial şəbəkədəki hesabında Azərbaycan telekanallarını tənqid edib. Televiziyaların milli vətənpərvərlik proqramlarına yer vermədiyini tənqid edən Kamil Musavi bildirib ki, torpaqları işğalda olan ölkədə şou-biznesə bu qədər yer ayrılması başadüşülən deyil.
 
Onun çıxışını təqdim edirik: