Tovuzda üç yaşlı oğlan zəhərlənib ÖLDÜ
4-06-2018 10:26
Baxış sayı:
6421

Tovuzda üç yaşlı oğlan kimyəvi maddədən zəhərlənərək ölüb.
Rayonun Qədirli kənd sakini, 2015-ci il təvəllüdlü Ramil Vüqar oğlu Balakişiyev yaşadığı evdə şüşədə olan metafos tərkibli məhlulu meyvə şirəsi bilərək içib.
Ağır dərəcədə zəhərlənən uşaq xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. (apa)