"Trabzonspor" klubu "Qarabağ"ın keçmiş qapıçısı ilə maraqlanır

Baxış sayı:
4366
"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçə Türkiyənin "Trabzonspor" klubundan təklif gəlib.
Muxalifet.az-ın "61 saat"a istinadən verdiyi məlumata görə, menecerlər vasitəsilə klubla Bosniya və Herseqovina milli komandasının qolkiperi arasında görüş gerçəkləşib. 29 yaşlı oyunçu "zoğalı-mavilər"dən ilinə 500 min avro istəyib. onun transferinin Esteban Alvaradonun komandadakı taleyindən asılı olduğu bildirilir. Alvarado "Trabzonspor"un yeni mövsüm üçün məşqlərinə hələ də qatılmayıb. Üzrsüz səbəbdən bu addımı atan kosta-rikalı qolkiperin cərimələnəcəyi və klubdan göndəriləcəyi gözlənilir. Bu halda Şehiçin transferi gerçəkləşə bilər.
Qeyd edək ki, İbrahim Şehiç "Qarabağ"da ardıcıl 5 mövsüm çıxış etdikdən sonra klubla yollarını ayırıb. O, Bosniya və Herseqovina yığmasının heyətində 6 oyuna çıxıb.  Hazırda "Trabzonspor"un heyətində ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirlmiş Ramil Şeydayev də yer alıb.