Tramp 3-4 dəfə prezident olacağını deyir: Konstitusiya pozuntusu

ABŞ-da 2020 prezident seçkilərinin hərarəti özünü hiss etdirməyə başlarkən, prezident Donald Tramp 'Amerikanı yenidən möhtəşəm et' mitinqlərini bu dəfə Pennsylvania əyalətinin Montoursvilla şəhərinə daşıyıb.
ABŞ-da iki dövrdən çox prezidentlik etmənin konstitusiya olaraq mümkün olmadığı hər kəsin məlumu olduğu halda, Tramp "Bir səfər yarışdıq və qalib gəldik, indi ikinci dəfə edəcəyik. Sonra daha bir dəfə. Və sonra onları “dəli” edəcəyik" deyərək belə davam edib:
"Və bəlkə də həqiqətən çox xoşumuza gələrsə və işlər yolunda getməyə davam etsə, biz də etməmiz lazım olanı edərik. Üçüncü, dördüncü, beşinci səfəri edərik".
"Bir dəfə daha edəcəyik və möhtəşəm olacaq"
20 yanvar 2017-də prezident kreslosuna oturduğundan bəri ABŞ Konstitusiyasını pozmaq, təşkilati quruluşunu çökdürməklə günahlandırılan Tramp, 2020 prezident seçkisi üçün "Bir dəfə daha edəcəyik və möhtəşəm olacaq" vurğusunu edib.
Bu, 72 yaşındakı Trampun qanunların və konstitusiyanın icazə verdiyindən daha çox müddət prezidentlik etməyi ilk gündəmə gətirişi deyil.
45-ci president, may ayında Liberty Universitetinin rəhbəri Jerry Falwellin Trampın prezidentliyinin ilk dövrünün Rusiya istintaqı adı altında müvəffəqiyyətsiz çevriliş cəhdiylə heç edilən dövrünün geri ödənməsi və dolayısilə iki il daha uzadılması lazım olduğuna dair mesajını yenidən paylaşaraq retweetlmişdi.
Müxalifət.az