Tramp ağzından qaçırdı: “300 RUSU 10 DƏQIQƏDƏ VURDUQ”

ABŞ prezidenti Tramp, fevral ayında Suriyada Amerikan əsgərlərinin də olduğu PKK düşərgəsinə hücum edən Rusları vurduqlarını açıqlayıb.
Tramp, Qələbə Komitəsinin yardım gecəsində Suriyadakı bir əməliyyatın detallarını ağzından qaçırıb. Əsəd rejiminin dəstəkçisi kimi qiymətləndirdikləri Rus əsgərlərinin PKK düşərgəsinə hücum etdiyini bildirən Tramp, onlara qarşı hava hücumu təşkil etdiklərini söyləyib.
TƏYYARƏÇİNİ TƏRİFLƏYƏNDƏ QAZA GƏLDİ
Fevral ayında Deyrizorda ABŞ əsgərlərinin də olduğu YPG/PKK düşərgəsinə hücum cəhdi göstərən bir qrupa, ABŞ-ın təşkil etdiyi hava hücumlarına dair məlumatlar gizli saxlanılır.
Amerika mediasına məlumat verən bir səlahiyyətli, Trampın hücuma qoşulan bir F-18 tipli döyüş təyyarəsi pilotunu tərifləyərkən, hücumun detallarını da ifşa etdiyini deyib.
HAVA HÜCUMU 10 DƏQİQƏ SÜRDÜ
Amerikan mediasına danışan səlahiyyətli, Trampın" hava hücumunun 10 dəqiqə davam etdiyi və bu müddət içərisində 300 Rusun öldürüldüyünü" söylədiyini iddia edib.
Qeyd edək ki, keçən həftə “Nyu-york Times” qəzeti ABŞ əsgərləri ilə Əsəd rejimi tərəfdarı qrup arasındakı qarşıdurmaların dörd saat davam etdiyini və 300-ə yaxın rejim tərəfdarı milisin öldürüldüyünü iddia etmişdi.
Hücumun detalları gizli olduğu üçün Amerika rəhbərliyi məsələ ilə bağlı açıqlama verməyi rədd etmişdi.
Müxalifət.az