“TRAMP BİR RUS CASUSUDUR” – AMERİKALI ANALİTİK

Baxış sayı:
4183

Amerikanın Milli Təhlükəsizlik Agentliyindən keçmiş bir analitik ABŞ-dakı casus agentliklərinin Trampın 2016-cı ildən bəri bir "Rus casusu" olduğunu bildiklərini iddia edib.
 
İngiltərənin “Observer” qəzetindəki son məqaləsində bu iddianı ortaya atan şəxs isə Amerika Milli Təhlükəsizlik Agentliyi NSA-nın keçmiş analitiklərindən Con Schindler-dir. Keçmiş analitik, Amerika xüsusi xidmət orqanlarının prezident Donald Trampla Kreml arasındakı əlaqələrə dair indiyə qədər məlum olandan daha çox məlumata sahib olduqlarını iddia edib.
Xəbərə görə, Schindler, hazırda bir NSA rəsmisinin, bəzi müttəfiq xarici kəşfiyyat xidmətlərinin də köməyi ilə, Tramp və ailəsinin 2016 seçki kampaniyası ərzində hansı hədəfin arxasınca getdiklərini çox yaxşı bildiklərini ona açıqladığını bildirib.
 
RESPUBLİKAÇI NAMİZƏD OLMAĞI QƏBUL EDƏNDƏ DƏ BİLİRDİ
 
NSA səlahiyyətlisi, əslində Trampın prezidentlik üçün Respublikaçı Partiyanın namizədi olmağı qəbul etdiyi zaman da "Əlimizdə Trampın bir Rus casusu olduğunu bilirdik" deyə, söyləyib.
NSA rəsmiləri Rus hökumət məmurlarından Trampın kampaniyasına yardımla bağlı çoxsaylı ifadə topladıqlarını və "Kremlin Trampla bağlı sanki onların oğlu kimi danışdıqlarını" Schindlerə bildirib.
 
TRAMPIN UŞAQLARI DA İŞİN İÇİNDƏDİR
 
NSA səlahiyyətlisi, Schindlerə Trump və tərəfdaşlarının 2016 seçkilərində Rusiyadan gələn yardımın fərqində olduqlarını və bu yardımı çox rahatlıqla qəbul etdiklərini deyib.
NSA səlahiyyətlisinin İddialarına görə, "Tramp və uşaqları nə etdiklərini və kiminlə etdiklərini çox gözəl bilirdilər".
Müxalifət.az