Tramp elan etmişdi! LƏĞV EDİLDİ

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın sərhəd təhlükəsizliyi səbəbilə elan etdiyi “milli fövqəladə vəziyyət”in ləğv edilməsini nəzərdə tutan layihəni təsdiq edib.
Demokratların əksəriyyətdə olduğu Nümayəndələr Palatasının Baş Məclisində keçirilən səsvermədə 245 deputat layihənin lehinə səs verərkən, 182 vəkil isə əleyhinə səsi verib.
Bu nəticəylə Baş Assambleyada qəbul edilən qanun layihəsi Respublikaçıların əksəriyyətdə olduğu Senata göndərilib. Layihənin bir neçə həftə ərzində Senatda səsverməyə çıxarılacağı bildirilib.
Layihədə, ABŞ prezidenti Trampın sərhəd təhlükəsizliyi səbəbilə elan etdiyi "milli fövqəladə vəziyyətin" ləğv olunması və Trampın ABŞ-Meksika sərhədinə hörmək istədiyi divar üçün əvvəlcədən ayrılan büdcədən artıq bir rəqəmin təsis edilməməsi nəzərdə tutulur.
Müxalifət.az