Tramp ifşa oldu! Qalmaqal ‘Əl Qaidə' və ‘insanlar' yazısı
16-07-2019 17:19
Baxış sayı:
10069

ABŞ Konqresinin 4 qadın üzvünə qarşı yazdığı irqçi ifadələrlə gündəmə gələn ABŞ prezidenti Donald Trampın 'Əl Qaidə' və 'People' (insanlar) sözlərinin İngiliscə yazılışlarını doğru yaza bilmədiyi ortaya çıxıb. “Vaşinqton Post” qəzetinin fotoqrafı Jabin Botsford tərəfindən paylaşılan fotoşəkillərdə Trampın keçən bazar ertəsi günü etdiyi çıxışında aldığı qeydlərdə Əl Qaidənin İngiliscə yazılışı 'Al Qaeda' yerinə 'Alcaida' yazdığı görülüb. Tramp bundan başqa, qadın Konqres üzvlərinə ithafən qeyd etdiyi "Some people" (Bəzi insanlar) qeydində də 'people' yerinə 'peopel' yazıb. Trampın bu yeni səhvi isə sosial mediada çox sayda paylaşılıb. Müxalifət.az