Tramp ingilis dilindən “2” aldı: DÜNYAYA RƏZİL OLDU

ABŞ rezidenti Donald Trampın, onunla görüşmək istəyən təqaüddə olan İngilis Dili müəlliminə göndərdiyi qrammatik səhvlərlə dolu məktubu lağ obyektinə çevrilib.
Floridada 17 tələbənin öldürüldüyü qətliamdan sonra Donald Trampla görüşmək üçün məktubla müraciət edən İngilis Dili müəllimi Yvonne Mason, Ağ Evdən gələn qrammatik səhvlərlə dolu olan və görüş tələbini rədd edən cavab məktubundakı səhvləri düzəldərək geri göndərib. Mason, səhvləri düzəltdiyi məktubu sosial mediada da paylaşıb.
TRAMPIN İNGİLİSCƏSİ MÜZAKİRƏ OBYEKTİ OLDU
Amerika prezidentliyi kürsüsünə əyləşdiyi gündən bu yana demək olar ki, hər gördüyü işlə problem yaradan Donald Tramp, indi də təqaüddə olan İngilis Dili müəllimi Yvonne Masona göndərdiyi məktub ilə gündəmə gəlib. İndi ABŞ-da xaricilərə və miqrantlara qarşı millətçi və itələyici bir dil üslubu ilə danışan Trampın ingilis dilini bilməməsi müzakirə edilir.
“The Independent” qəzetində yer alan xəbərə görə, Florida ştatında 17 tələbənin öldürüldüyü qətliamdan sonra təqaüddə olan İngilis Dili müəllimi Yvonne Mason, prezident Trampa məktub yazaraq görüşmək istədiyini bildirib. Trump isə qrammatik səhvlərlə dolu cavabında görüş tələbini rədd edib.
PREZİDENT SÖZÜNÜ YAZARKƏN BELƏ SƏHV ETMİŞ
Mason, Ağ Evdən göndərilən və prezident Trampın imzaladığı məktubdakı qrammatik səhvləri görəndə təəccüb içində qalıb. Məktubun üzərində düzəlişlər edən Mason, Trampın "mən" əvəzliyi həddindən artıq istifadə etdiyi, "dövlət, millət, federal, prezident" kimi bir siyasətçinin gündəlik dilində tez-tez müraciət etdiyi sözlərin belə yanlış yazıldığını vurğulayıb. Mason orfoqrafik səhvlərini düzəltdiyi məktubu da Ağ Evə geri göndərib.
MƏKTUBU İNTERNETDƏ DƏRC EDİB
Təqaüddə olan İngilis Dili müəllimi Yvonne Mason, prezident Trampdan gələn qrammatika və yazılış xətaları dolu məktubun düzəldilmiş vəziyyətini sosial mediada da paylaşıb. Mason, tələbəsi olsa, prezident Trampın ondan yalnız "D", yəni “2” qiymət ala biləcəyini yazıb.
ORTA MƏKTƏB ŞAGİRDİ OLSA “D” VERƏRDİM
Atlantada yaşayan Mason, “Məktubun bir çox qrammatik və yazılış səhvi ilə dolu olduğu üçün ondan yaxşı qiymət ala bilməyəcəyini" bildirib. Mason, "Əgər orta məktəbdə oxuyan bir uşaq tərəfindən yazılmış olsaydı, məktuba “C” ya da “D”, yəni “3” ya da “2” qiymətini verəcəyini" qeyd edib.
Düzeltdiyi məktuba hər hansı bir qiymət verməməyə üstünlük verən Mason, Trampın imzaladığı məktubu Ağ Evə geri göndərib. Mason, "Dövlətin ən üst məqamından bir məktub aldıqda ən azından məktubun texniki olaraq qüsursuz olmasını gözləyirsən" deyib.
Qeyd edək ki, Tramp və qrupu daha əvvəl də qrammatik və yazılış səhvlərindən dolayı tənqid olunmuşdu.
Müxalifət.az