Tramp “İran” QƏRARINDA YENƏ TƏKLƏNDİ

ABŞ prezidenti Donald Tramp, İranla imzalanan nüvə müqaviləsindən çəkilmə qərarı almasından sonra dünya səhnəsində yenə tək qaldı. Trampın daha əvvəl ABŞ səfirliyinin Qüdsə köçürülməsi haqqında verdiyi qərarında da dünya onu dəstəkləməmişdi. Fransa prezidenti Emmanuel Makron da Trampın bu qərarına qarşı çıxdığını dilə gətirdi. Makron, Trampın bu qərarını “səhv” kimi qiymətləndirdi.
ABŞ prezidenti Donald Trampın ölkəsini Böyük Britaniya, Fransa, Almaniya, Çin və Rusiya ilə birlikdə qərar alaraq 2015-ci ildə İranla imzaladığı nüvə müqaviləsindən birtərəfli şəkildə çəkməsi, dünya siyasətində böyük narazılıqla qarşılanıb. Xüsusilə ABŞ ilə birlikdə İrana qarşı müzakirələrə qoşularaq 2015-ci ildə müqaviləyə imza atan ölkələr, Trampın aldığı qərarı açıq tənqid edib.
Avropa İttifaqı (Aİ) tərəfindən 28 üzv ölkə adından edilən açıqlamada, "İran nüvə ilə bağlı sözlərinə sadiq qaldığı müddətdə Avropa Birliyi də müqavilənin tamamilə həyata keçirilməsinə sadiq olacaqdır. Aİ nüvə ilə bağlı sanksiyaların ləğv olunması barədə verilən təminatlara sadiq qalmağa da davam edəcəkdir" deyilib.
Fransa xarici işlər naziri Jean-Yves Le Drian da "Müqavilə ləğv olunmadı, ABŞ ayrılıb, amma saziş hələ də yerində durur. Bölgə ABŞ-ın müqavilədən çəkilməsi ilə baş verəcək qeyri-sabitliyi haqq etmir" deyib. Fransa maliyyə naziri Bruno Le Maire isə "ABŞ özünü dünya iqtisadiyyatının polisi kimi düşünməməlidir" deyib.
Müxalifət.az