Tramp Kim Çen İnin məktubundan danışdı
31-05-2018 21:07
Baxış sayı:
1369

Şimali Koreyadan gələn heyətlə görüş olduqca müsbət sferada keçib.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, nümayəndələr vasitəsilə Kim Çen İndən göndərilən məktubda nə yazıldığını bilmək üçün olduqca səbrsizlənir.
Qeyd edək ki, Şimali Koreya Əmək Partiyasının vahid cəbhə bölməsinin rəhbəri Kim Yon Çxol dünən Nyu Yorka səfər etmişdi.