Tramp koreyalı liderə zəng etdi: Tarixi görüşə günlər qaldı...
20-05-2018 19:03
Baxış sayı:
1312

ABŞ Prezidenti Donald Trampla Cənubi Koreya lideri Mun Çje İn arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
Bildirilib ki, liderlər Koreya yarımadası ətrafındakı vəziyyəti müzakirə ediblər:
“Prezidentlər Koreya yarımadası ətrafında cərəyan edən son siyasi durumu və 12 iyunda Şimali Koreya lideri ilə Tramp arasında Sinqapurda baş tutacaq görüşlə bağlı fikir mübadiləsi aparıblar”.