Tramp Makkeynlə bağlı nekroloqu əngəllədi

Amerikan mediasında yer alan və vəzifədəki yüksək səviyyəli bəzi hökumət rəsmilərinə əsaslandırılan iddiaya görə, Trampın zaman zaman onu tənqid edən Makkeyn üçün hazırlanan nekroloq mətninin yayımlanmasını istəmədiyi qeyd olunub.
Xəbərə görə, Makkeynin ölümündən bir gün əvvəl Ağ Evin sözçüsü Sarah Sanders və Trampın özəl qələm müdiri Con Kellinin rəhbərliyi altında hazırlanan və Makkeyndən "qəhrəman" kimi yad edilən yazılı nekroloq, Tramp tərəfindən əngəllənib.
Ağ Ev mənşəli yazılı bir açıqlama istəməyən Tramp, bunun əvəzinə yalnız öz Twitter hesabından Makkeyn ailəsinə baş sağlığı verməklə kifayətlənib.
Həyatda ikən Trampı sərt sözlərlə tənqid edən Makkeyn ilə ABŞ prezidentinin arasının yaxşı olmadığı bəlli idi.
Makkeynin cənazə törəni 2 sentyabrda
Şənbə günü həlak olan Makkeyn, 2 sentyabrda Merilend ştatında yerləşən Hərbi Dəniz Donanması Məktəbində yerləşən qəbiristanlığa dəfn ediləcəyi açıqlanıb.
Makkeynin ofisindən edilən yazılı açıqlamada, məşhur senator üçün əvvəl çərşənbə günü Arizonada, cümə günü isə paytaxt Vaşinqtonda Konqres binasında iki ayrı dövlət mərasimi keçiriləcəyi də bildirilib.
Qeyd edək ki, ABŞ-da Respublikaçıların öndə gələn şəxslərindən olan, bir vaxt partiyanın prezidentliyə namizədi olan Arizona Senatoru Con Makkeyn, 81 yaşında həyatını itirmişdi. Beyin xərçəngiylə döyüşən məşhur Respublikaçı senatorun yerli vaxtla şənbə günü günortadan sonra öldüyü bildirilmişdi.
Trampa yönəlik tənqidləri də gündəmə gələn Makkeyn, həm Respublikaçılar, həm də Demokratlar tərəfindən təqdir edilən bir senator kimi tanınırdı.
2008-ci ildə keçirilən prezident seçkilərində Demokrat namizəd Barak Obamaya qarşı Respublikaçı Partiyanı təmsil edən prezidentliyə namizədi olaraq yarışan Makkeyn seçkiləri uduzmuşdu. Respublikaçı Partiya dairələrində həmişə ağırlığı olan Makkeyn, 1967-1973-ci illərdə Vyetnam Müharibəsində əsir tutulmuşdu.
1981-ci ildə ABŞ Konqresinə ilk dəfə girən Makkeyn, o tarixdən bu günə müxtəlif pillələrdə məmləkəti Arizonanı təmsil edirdi.
Müxalifət.az