“Tramp mənə təcavüz etdi” - 75 yaşlı jurnalist

Baxış sayı:
4798

ABŞ prezidenti Donald Trampı seksual təcavüzdə ittiham edənlərin sırasına biri də əlavə olunub.

Virtualaz.org xəbər verir ki, “Elle” jurnalında köşə yazarı olan 75 yaşlı Ceyn Karrol (E.Jean Carrol) Donald Trampın  1995, yaxud 1996-cı ildə ona Manhettendə təcavüz ediyini bildirir. Karrolun iddiasına görə bu əhvalat mağazada baş verib.

“Bir mağazada qarşılaşdıq. Bir az söhbətdən sonra mənə geyinib yoxlamağım üçün bəzi alt paltarlarını tövsiyə edərək sataşmağa başladı. Aldıqlarını geyinib yoxlamaq üçün kabineye girəndə isə arxamca gəlib mənə təcavüz etdi. Hücum təxminən 3 dəqiqə sürdü, bu hadisədən sonra heç kimlə əlaqəyə girə bilmədim”,-o deyib.

Kerrol bildirib ki, Trampın barəsində o vaxt polisə şikayət etməkdən qorxub. "O, həyatda gördüyüm ən iyrənc adamdır",-qadın bildirib.

Tramp isə bu yaşlı qadının iddialarının yalan olduğunu deyib. “Bu adamı tanımıram, həyatda heç qarşılaşmadım. Məqsədi yeni kitabının satışlarını artırmaqdır”-ABŞ prezidenti bildirib.