Tramp Müllerin təhqiqatını “ölkə üçün rüsvayçılıq” adlandırıb

Baxış sayı:
7468

ABŞ prezidenti Donald Tramp xüsusi prokuror Roberrt Müllerin Rusiyanın 2016-cı ildə Birləşmiş Ştatlar seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqatını tənqid edərək, bunu “ölkə üçün rüsvayçılıq” adlandırıb.

Amerika lideri iş həftəsinə Trampın kampaniyasının Rusiya ilə mümkün əlaqələrini araşdıran Müllerin təhqiqatına qarşı Twitter səhifəsində qəzəbli mesajlarla başlayıb. Tramp Müllerin “rüsvay olmuş və etibardan düşmüş” bir insan olduğunu bildirib və deyib ki, “onun qəzəbli demokratlardan ibarət qrupu” Ağ Evin müşaviri Donald Makqananı onun “şəffaflıq məqsədilə” icazəsi ilə 30 saat ərzində dindib.

 

 

Disgraced and discredited Bob Mueller and his whole group of Angry Democrat Thugs spent over 30 hours with the White House Councel, only with my approval, for purposes of transparency. Anybody needing that much time when they know there is no Russian Collusion is just someone....

Xəbər agentlikləri Trampın və onun vəkillərinin Makqanının Müllerein təhqiqatçılardan ibarət komandasına nə qədər informasiya verdiyi haqda məlumatlı deyillər.

ABŞ-ın xüsusi prokuroru Robert Müller

ABŞ-ın xüsusi prokuroru Robert Müller

Tramp daha sonra əlavə edib: “Onlar insanların həyatını dağıtmaqdan həzz alır və Demokratlar tərəfdə real korrupsiyaya: yalanlara, işdən çıxarılmalara, silinmiş emaillərə və bundan daha artıq şeylərə nəzər salmaqdan imtina edir: Müllerin qəzəbli demokratları seçkilərə təsir göstərməyə çalışır”.

 

....looking for trouble. They are enjoying ruining people’s lives and REFUSE to look at the real corruption on the Democrat side - the lies, the firings, the deleted Emails and soooo much more! Mueller’s Angry Dems are looking to impact the election. They are a National Disgrace!

ABŞ-ın xüsusi prokuroru Robert Müllerin Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı təhqiqatı artıq 15 aydır davam edir. Müller Trampın keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn və keçmiş xarici siyasət məsələləri üzrə müşavir Corc Papadolus da daxil olmaqla prezidentin bir neçə tərəfdaşının özünü günahkar tanımasına nail olub. Onların hər ikisi Rusiya ilə kontaktlarına dair yanlış məlumat verməkdə özlərini günahkar tanıyıb.

Trampın kampaniyasının keçmiş meneceri Pol Manafortun kampaniyada fəaliyyətindən iki il əvvəl Ukraynada lobbiçilik səyləri ilə əlaqədar bank və vergi saxtakarlığına dair hazırda məhkəməsi gedir.

Müllerin təhqiqatının nə zaman yekunlaşdırılacağı aydın deyil. Onun komandası isə Trampın təhqiqatın ona qarşı qərəzli olduğunu deyərək, müntəzəm olaraq onlara qarşı ünvanladığı hücumlarına cavab vermir.