Tramp Paşinyana məktub göndərdi: “DAĞLIQ QARABAĞ…”
16-05-2018 10:35
Baxış sayı:
5521

ABŞ prezidenti Donald Tramp Nikol Paşinyana Ermənistanın baş naziri seçilməsi münasibətilə təbrik məktubu göndərib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Tramp məktubda ticarət əlaqələri, demokratik institutlar və regional təhlükəsizliyin möhkəmləndirilməsi də daxil olmaqla, qarşılıqlı maraq doğuran çoxsaylı sferalarda birgə işi səbirsizliklə gözlədiyini bildirib.
Məktubda həmçinin qeyd edilir ki, korrupsiya ilə mübarizə, bütün siyasi partiyaların ölkə həyatında rolunun gücləndirilməsi və Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-Ermənistan əlaqələrinin inkişafını sürətləndirəcək.