Tramp prezidentliyə namizədi “çılğın” deyə lağa qoymuşdu: Cavab gecikmədi
21-02-2019 10:49
Baxış sayı:
6202

ABŞ prezidenti Donald Tramp 2020-dəki prezident seçkilərinə qatılacağını açıqlayan Vermont Ştatının senatoru Bernie Sandersi "çılğın" olmaqla günahlandırıb.
Twitter-də Sanders-in namizədliyinə dair fikir bildirən Tramp, "Çılğın Bernie yarışa qatılıb. Ona uğurlar arzulayıram" deyə qeyd edib.
Senator Sanders isə Twitter-dən Donald Trampa cavab verərək, "Çılğın olan şey: İrqçi, cinsiyətçi, ksenofobiya və saxtakarlıq edən bir prezidentimizin olmasıdır. İnsanları bir araya gətirib, sadəcə, Trampı məğlub etməklə qalmayacağıq, eyni zamanda bu ölkənin iqtisadi və siyasi həyatını da dəyişdirəcəyik" deyib.
Müxalifət.az