TRAMP SURİYAYA QARŞI SANKSİYALARIN MÜDDƏTİNİ UZATDI

Baxış sayı:
4864

ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı tətbiq olunan sanksiyaların müddətinin daha bir il uzadılmasına dair qərar verib.
Muxalifət.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Rəsmi Vaşinqton Suriyaya qarşı sanksiyaları 2004-cü ildən etibarən tətbiq etməyə başlayıb.
Bildirilir ki, Ağ Ev administrasiyası qərarla bağlı Konqresə müvafiq sənəd ünvanlayıb.