Tramp Türkiyədə səfir vəzifəsinə Maykl Satterfildin namizədliyini irəli sürüb
26-02-2019 05:01
Baxış sayı:
5284

ABŞ prezidenti Donald Tramp Türkiyədə səfir vəzifəsinə yeni namizəd irəli sürüb.
Bu barədə Muxalifet.az “RİA Novosti”yə istinadən xəbər verir.
Ağ Evə istinadən yayılan məlumata görə, bu şəxs diplomatı Maykl Satterfilddir. Satterfildin namizədliyi Senata göndərilib. Senat bunu müzakirə edərək ya onun namizədliyini təsdiq ya da rədd edəcək.
Daha əvvəl bildirilib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 31-dən sonra Vaşinqtonda amerikalı həmkarı Donald Trampla görüşə bilər.