Tramp Ukraynaya hərbi yardım məsələsinə yenidən baxılmasını istəyir

Baxış sayı:
8083

ABŞ Prezidenti Donald Tramp Ukraynaya ayrılan hərbi yardıma yenidən baxılması haqqında göstəriş verib. Bu barədə “Politico” qəzeti Ağ Evdəki yüksək vəzifəli mənbəyə istinadən bildirib. ABŞ lideri rəsmi Kiyevin ayrılan pulları Vaşinqtonun maraqları nöqteyi-nəzərindən xərclənməsini istəyir. Vəsaitlər onların taleyi müəyyən edilməyincə dondurulacaq. Məsələni ABŞ-ın müdafiə naziri Mark Esper və Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton araşdıracaqlar. Xatırladaq ki, bu maliyyə ilində Vaşinqtonun Ukraynaya hərbi yardımı 250 milyon dollar civarında müəyyənləşdirilib.