Tramp Yaponiyanın "İran" təklifini qəbul etdi
29-05-2019 10:18
Baxış sayı:
4846

Yaponiyanın baş naziri Shinzo Abe İranla yaxın əlaqələrinin olduğunu ifadə edərək ABŞ-a bu yöndə yardım etmək istədiyini bildirib. ABŞ prezidenti Donald Tramp isə bu təklifi qəbul edib.
Donald Tramp Shinzo Abe-nin ABŞ ilə İran arasında vasitəçi olmasını dəstəkləyəcəyini söyləyib. Shino Abe-nin İran prezidenti Həsən Ruhani ilə görüşmək üçün gələn ay Tehrana səfər edəcəyi qeyd edilib.
Abe Yaponiyanın əlindən gələn hər şeyi etmək istədiyini, Yaponiya və ABŞ-ın İranla gərginliyin azaldılması və ixtilafın silahlı qarşıdurmayla nəticələnməməsi üçün əməkdaşlıq etməsi lazım olduğunu söyləyib.
Müxalifət.az