Trampa TVİTTER QADAĞASI

Amerika Federal Məhkəməsi, Donald Trampın sosial paylaşma saytı Twitter üzərindən digər istifadəçiləri əngəlləməsini qanunsuz hesab edib.
Amerika Federal Məhkəməsi, ABŞ prezidenti Donald Trampa qarşı açılan məhkəmədə Trampın şəxsi Twitter hesabı üzərindən digər istifadəçiləri əngəlləməsini qeyri-qanuni olduğuna hökm edib.
Məhkəmə sədri Naomi Reice Buchwald, qarşısı alınan istifadəçilərin Donald Trampın paylaşmalarını görə bilməməsinin və haqqında şərhlər verə bilməməsinin ifadə azadlığını məhdudlaşdırdığına hökm edərək konstitusiyaya zidd hesab edib. Aralarında professor və polisin də olduğu 7 iddiaçının vəkili Jameel Jaffer, məhkəmə qərarından sonra iddiaçıların əngəllərinin götürüldüyünü deyib. İddiaçılardan Merilend Universitetinin sosiologiya professoru Filip Koen, məhkəmə qərarından sonra apardığı paylaşmada "Sızladıq, şikayət etdik və dava açmışıq. Açdığımız söz azadlığı işini qazanmışıq və Tramp twitter hesabından maneəni qaldırdı" deyib.
Müxalifət.az