Trampdan bomba etiraf: Müharibə tərəfdarlarını ifşa etdi

Vaşinqton-Tehran gərginliyi sürərkən, Donald Tramp ABŞ-dakı dərin dövləti işarə edən təəccüblü bir etiraf etdi. İran ilə bir isti qarşıdurma istəmədiyini söyləyən Tramp, ölkədəki hərbi-sənaye kompleksinin davamlı müharibə istədiyini və onu müharibəyə məcbur etdiyini iddia edib.
Amerikan “Fox News” televiziyasına müsahibə verən Tramp, hərbi-sənaye kompleksini işarə edərək özünü "İranla müharibəyə məcbur edənlərdən" gileylənib. İranın uzun zamandır problem olduğunu ifadə edən Tramp, İranla müharibə etmək istəmədiyini ifadə edib. Proqram aparıcısının "İran ilə bir qarşıdurmanın arxasında olmadığınıza dair xalqa zəmanət verə bilərsinizmi" sualına, Tramp, "19 ildir davam edən bu müharibələrlə əlaqədar danışan mənəm. İnsanlar (ABŞ-ın əsgərləri) hələ də oradadırlar. Özünüzü aldatmayın, bu ölkədə bir hərbi-sənaye kompleks var, bunlar davamlı müharibə istəyirlər" cavabını verib.
SURİYANI NÜMUNƏ GÖSTƏRDİ
Trampun hərbi-sənaye kompleksinin müharibə istəyinə Suriya nümunəsini göstərməsi diqqət çəkib. ABŞ prezidenti "(Suriyadan) Əsgərlərimizi geri gətirmək istəyirəm, deyirəm, insanlar dəliyə dönür. Bu Vaşinqtonda elə insanlar var ki, heç bir yerdən çıxmaq istəmirlər. Yaxşı, geridə bir neçə yüz əsgər buraxacağam, deyirəm artıq. Amma onlara qalmış olsaydı minlərlə əsgər daha göndərərdilər" deyə söyləyib.
İQTİSADİYYATLARI ÇÖKÜR
İran ilə mövcud gərginliyi Twitter hesabından da qiymətləndirən Tramp, "yeni müzakirələr üçün Tehranla əlaqə saxlamağa çalışdığı" şəklindəki xəbərləri rədd edib. Twitter mesajında bu istiqamətdəki iddiaların doğru olmadığını qeyd edən Tramp, "İran nə vaxt hazır olsa, o zaman bizə zəng edəcək. O zamana qədər iqtisadiyyatları çökməyə davam edəcək. İran xalqı üçün çox kədərli bir vəziyyətdir" deyib.
Müxalifət.az