Trampdan dünyanı sarsıdan açıqlama: Hücumu 10 dəqiqə əvvəl dayandırdım

ABŞ prezidenti Donald Tramp İrana hücumla bağlı dünyanı sarsıdan açıqlama verib. Donald Tramp İrana qarşı hava hücumuna razılıq verdiyi, amma sonra qəflətən imtina etdiyinə dair xəbərlərə aydınlıq gətirib.
İranın Hörmüz Boğazında ABŞ-ın insansız hava vasitəsini (İHA) raketlə vuraraq salmasına işarə edərək "Bazar ertəsi beynəlxalq sularda İHA-mızı vurdular" deyə tweet atan Tramp, belə davam edib: "3 ayrı nöqtədə misilləmə olaraq cavab vermək üçün hərəkətə keçdik və silahları yüklədik. Mən “Hücum sayəsində neçə adam öləcək' deyə soruşdum. Bir general '150 adam' deyə cavab verdi. Hücumu reallaşmasından 10 dəqiqə əvvəl dayandırdım. İHA vurmaq mütənasib deyil. Mənim tələsmirəm. Ordumuz yenidən strukturlaşır, yenidən hərəkətə keçməyə hazırdır, böyük fərqlə dünyanın ən yaxşısıdır. Sanksiyalar ağrılıdır və dünən gecə üstünə yenilərini əlavə etdik. İran əsla nüvə silah sahibi ola bilməz, nə ABŞ-a, nə də dünyaya qarşı".
Müxalifət.az