Trampdan Konqresin müsəlman üzvünə təpki

ABŞ prezidenti Donald Tramp Müsəlman Konqresmen Elxan Omarın İsrail lobbisinin ABŞ-da Konqres üzərindəki təsiri ilə bağlı açıqlamasına sərt təpki göstərib.
Tramp bununla bağlı verilən suala, "Məncə o, (Elxan Omar) özündən utanmalıdır. Bərbad bir açıqlama idi və üzrün də yetərli olduğunu düşünmürəm" deyib.
Qeyd edək ki, Konqresə daxil olan ilk hicablı Müsəlman qadın Omar, haqqındakı anti-semitizm ittihamlarına qarşılıq Twitter-də açıqlama vermişdi. Amerikalı yəhudilərdən üzr istəyən Omar, İsrailin ABŞ-dakı lobbiçilik fəaliyyətlərinin gözardı edilməməsi xəbərdarlığını etmişdi.
Anti-semitizmin həqiqət olduğunu bildirərək bunu ona öyrədən Yəhudi dostlarına təşəkkür edən Omar, "Məqsədim yəhudi seçicilərimi və Amerika yəhudilərini üzmək deyildi. Kimliyim üzərindən mənə hücum edənlərdən də gözlədiyim kimi, hər zaman geri addım atmağa və tənqid yolu ilə düşünməyə maraqlı olmalıyıq. Bu səbəblə üzr istəyirəm" deyib.
LOBBİLƏRİN PROBLEMLİ ROLUNU VURĞULAMAĞA DAVAM EDƏCƏYƏM
Omar lobbiçilik edən firmaların ABŞ siyasətinə verdiyi zərər barədə sözlərinin isə arxasında olduğunu vurğulayaraq bunları qeyd etmişdi:
Amerikan-İsrail Xalqla Əlaqələr Komitəsi (AIPAC), Milli Tüfəng Dərnəyi (NRA) və ya qalıq yanacaq sənaye lobbilərinin siyasətimizdəki problemli rolunu vurğulamağa davam edəcəyəm. Çox uzun zamandır davam edən bu məsələni nəzərə almalıyıq".
ABŞ Temsiciler Məclisinin ilk hicablı Müsəlman qadını olan Omar, inancı səbəbiylə təhqir və tənqidlərə məruz qalmış, son olaraq Respublikaçı Senat lideri senator Kevin Makkarti tərəfindən anti-semitizm ilə günahlandırılmışdı.
Omar isə Makkartini İsrail lobbilərindən pul almaqla günahlandırmışdı. Omarın bu ifadəsini anti-semitizm kimi dəyərləndirən bir çox Respublikaçı Konqres üzvü Omara təpki göstərmiş, Demokrat Nümayəndələr Palatasının lideri Nancy Pelosi başda olmaqla, Demokrat siyasətçilər də Omarın üzr istəməsini istəmişdi.
Müxalifət.az