Trampdan “Suriya” açıqlaması

Baxış sayı:
3652

ABŞ prezidenti Donald Tramp “Suriyada "kiçik" ABŞ kontingentinin qalmasına müsbət baxıram. Çoxları bu fikri uyğun görür, mən də fikirlərə açığam" deyib.
 
ABŞ qoşunlarının Suriyadan çıxarılması ilə bağlı bir suala Tramp, "NATO və ya digər birliklərlə birlikdə biz də kiçik bir hərbi kontingent saxlaya bilərik, beləliklə də İŞİD təkrar qayıda bilməz. Bu fikrə müsbət yanaşıram, oradakı birliklərimizə nisbətdə kiçik bir birlik olacaq. Bir çox adam da bu fikri qəbul edir" deyə cavab verib.
Tramp bu mövzuda fərqli düşüncələrə açıq olduğunu ifadə edərək, "Orada olan 2500 əsgərimiz dünyanın fərqli yerlərinə gedəcək. Bəlkə İraqa da keçə bilərlər, orada güclü birliyimiz var" deyib.
Ayrıca Tramp İŞİD-ın 100 faiz ortadan qaldırıldığını və bunu qısa bir müddətdə açıqlayacağını söyləyib.
Müxalifət.az