Trampdan “Transseksualları ordudan çıxarın” əmri
13-03-2019 10:02
Baxış sayı:
10345

Pentaqon ABŞ prezidenti Donald Trampın transseksualların orduya alınmasını qadağan edən prezident fərmanının icrasına yönəlik qüvvə komandanlığına direktiv verib.
Direktivə görə, sözügedən əmr 30 gün ərzində qüvvəyə minəcək və transseksual əsgərlər ancaq doğulduqları cinsiyyətlə vəzifələrinə davam edə biləcəklər. Digər tərəfdən, qüvvə komandanlığının baş katibləri bəzi fərdi güzəştləri tanıya biləcək.
Qeyd edək ki, Tramp vəzifəyə gəldikdən sonra transseksualların orduda işlərinin olmadığını, buna imkan verməyəcəyini ifadə etmişdi.
Trampın bu barədə fərmanına 4 cinayət işi açılmış və tətbiqi dayandırılmışdı.
Müxalifət.az