Trampın arxasındakı şəxs: Hər şeyi o planlaşdırır

ABŞ mətbuatında prezident Trampın müavini Mayk Pens-in xarici siyasət üzərindəki təsiri müzakirə edilir. Pens-in başda Trampın Venesuela ilə bağlı qərar da daxil olmaqla, bir çox məsələlərin həllində təsirli rol oynadığı iddia edilir.
ABŞ-ın vitse-prezidenti Mayk Pens Amerika ictimaiyyətində ölkədəki "abort" mübahisələri kimi mövzulardakı mühafizəkar rolu ilə tanınır. ABŞ-ın “Axios” xəbər saytı siyasi analitiklər tərəfindən "təsirsiz cəsəd" olaraq görüldüyü iddia edilən Pens ilə bağlı mühüm bir həqiqətin gözardı edildiyini yazıb. “Axios”a görə, Pens-in düşünüldüyündən daha çox gücü var.
Ötən iki il ərzində Pens ABŞ prezidenti Donald Trampın xarici siyasətin formalaşmasında "şahinlər" qanadının ən yüksək səviyyəli nümayəndəsi kimi ön plana çıxıb. Trampın tətbiq etdiyi Venesuela siyasətində isə yenə baş rolu Pens-in oynadığı bildirilir.
“Axios” milli təhlükəsizlik müşaviri Con Bolton, ABŞ-ın xarici işlər naziri Mayk Pompeo və senator Marko Rubio-nun da mühüm rol oynadığı siyasətlərin gerçək hakiminin Pens-in olduğunu iddia edib.
Xarici siyasətdəki kritik məsələlərdə gerçək söz sahibi olduğu iddia edilən Pens, ABŞ-ın İrana qarşı təzyiqi artırmaq qərarında Avropalı müttəfiqləri ilə tərs düşəndə ən sərt açıqlamaları edən şəxs oldu. Çinlə davam edən "ticarət müharibəsi" zamanı yenə ən sərt açıqlamaları edən Pens, bu barədə "şahin" qanadın digər bir nümayəndəsi olan Con Bolton ilə işləyir.
Pens Türkiyə ilə ABŞ arasında yaşanan “Brunson” hadisəsi zamanı ABŞ-ın tətbiq etdiyi “Evangelik” siyasətin aparıcı simalarından oldu.
Müxalifət.az