Trampın kürəkəni: Dünya buna "hə" desə...
27-06-2019 23:01
Baxış sayı:
3232

İsrail və Fələstin arasında sülh razılaşmasının əldə edilməsi çətin deyil.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın kürəkəni və baş müşaviri Cared Kuşner deyib.
“Fələstin probleminin həlli asandır, dünya sadəcə “hə” deməlidir”, - deyə Kuşner bildirib.
O bildirib ki, Fələstin hökuməti öz xalqının iqtisadi rifahı və sülh üçün çalışmaq əvəzinə İsraillə münaqişəyə meyl göstərir.