Trampın kürəkənindən Türkiyəyə sürpriz ziyarət

Baxış sayı:
4522

 ABŞ prezidenti Trampın kürəkəni və baş müşaviri Jared Kuşner sabah Ankaraya gəlir. Kuşnerin prezidenti Ərdoğan tərəfindən qəbul edilməsi gözlənilir.
Görüşdə, Suriya və terrorla mübarizə başda olmaqla, regional məsələlər və ikitərəfli əlaqələrin müzakirə olunacağı bildirilir. Trampın kürəkəni Kuşnerin səfərinin 1 günlük olacağı və prezident Ərdoğandan başqa hər hansı bir rəsmi şəxslə görüşməyəcəyi qeyd edilib.
Müxalifət.az