Trampın Ərəb liderlərə yazdığı MƏKTUB ORTAYA ÇIXDI

Baxış sayı:
4390

İranın dini lideri Ayətullah Əli Xameneyi ABŞ prezidenti Donald Trampın Ərəb ölkələrinin liderlərinə məktub göndərdiyini və regionda daha çox şey etmələrini istədiyini bildirib. Xameneyi, “Məktub əlimizdədir” deyə, bildirib.
 
Trampın nüvə müqaviləsindən çəkildiyini açıqlamasından 1 gün sonra Twitter hesabından bir bölgü paylaşan Xameneyi, Trampın Körfəzdəki Ərəb ölkələrinin liderlərinə məktub göndərdiyini, məktubda "7 trilyon dollar xərclədim, əvəzində bir şeylər etməlisiniz" yazdığını iddia edib.
Xameneyinin mesajının, ABŞ-ın yaxın müttəfiqləri Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini hədəf aldığı ehtimal edilir.
 
“NƏ DESƏM EDƏCƏKSİNİZ”
 
Xameneyi həmin gün Tehrandakı Farhangian Universitetində çıxışında da eyni mövzuya toxunmuş və “Bir neçə gün öncə, Tramp Ərəb dünyasının liderlərinə bir məktub yazıb. O məktub bizdədir. Məktubda onlar üçün 7 trilyon dollar xərclədiyini və onların da nə söyləsə etmələri lazım olduğunu bildirib. Bu pulu İraq və Suriyaya hökm etmək üçün xərclədiniz. Amma hökm edə bilmədiniz" deyə, bildirmişdir.
 
TRAMPIN YAZDIĞI MƏKTUBDA İKİ İSTƏK
 
“Vaşinqton Post” qəzetinə adının açıqlanmasını istəməyən bir AĞ Ev rəsmisi Tramp rəhbərliyinin Körfəzdəki Ərəb müttəfiqlərinə 2 həftə əvvəl bir məktub göndərdiyini etiraf edib.
Mənbənin dediyinə görə, məktubda sadəcə, Ərəb ölkələrindən isti bölgələrdə daha çox şey etməsi deyil, eyni zamanda Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı Qətərə qarşı blokadanın dayandırılması tələbi də yer alıb. Amerikalı səlahiyyətli, Səudiyyə Ərəbistanının məktuba xüsusi olaraq cavab verdiyini və Qətərlə bağlı tələbi nəzakətlə rədd etdiyini deyib.
 
MƏKTUB XAMENEYİNİN ƏLİNƏ NECƏ KEÇİB?
 
Digər tərəfdən, mövzu ilə bağlı sual yaradan məqamlardan biri də məktubun Xameneyinin əlinə necə keçdiyi ilə bağlıdır. Bu məsələdə Küveyt, Qətər, Oman və İordaniya kimi region ölkələrinin təsirinin, yaxud məktubun İrana Rusiya tərəfindən verilmiş ola biləcəyi ehtimal edilir.
Müxalifət.az