Trampla diktatorun görüş tarixi bəlli oldu
10-05-2018 20:00
Baxış sayı:
6076

ABŞ Prezidenti Donald Tramp iyunun 12-də Şimali Koreya lideri Kim Çen İnlə görüşəcək.
Muxalifet.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Tvitter səhifəsində yazıb.
“Mənim Kim Çen İnlə çoxdan gözlənilən görüşüm iyunun 12-də Sinqapurda baş tutacaq. Hər ikimiz həmin anı bütün dünyada sülh üçün xüsusi etməyə çalışacağıq”, - deyə Tramp bildirib.