Trampla Kanadanın baş naziri arasında MARAQLI DİALOQ: AĞ EVİ SƏN YANDIRMADINMI?

Baxış sayı:
1258

ABŞ prezidenti Donald Tramp ilə Kanadanın baş naziri Trudeaunın əlavə gömrük vergisinin tətbiq edilməsi məsələsi ilə bağlı apardığı telefon danışığında maraqlı bir dialoq baş tutub.
 
Amerikanın CNN televiziyasının xəbərinə görə Trudeau, "Gömrük vergisinin tətbiq edilməsini necə milli təhlükəsizliyə bağlaya bilərsiniz", deyərək bu barədə açıqlama tələb edib, Tramp isə bunun əvəzində Ağ Evin yandırılması ilə bağlı uğursuz bir tarixi xatırladıb.
 
TRAMPIN BİLMƏDİYİ TARİX
 
Hansı ki, Trampın dediyinin əksinə olaraq Ağ Evi 1814-cü ildə yandıran ABŞ ilə müharibə aparan İngiltərə idi.
Kanada isə hələ o vaxt dövlət olmamışdı və İngiltərənin müstəmləkəsi idi.
Trampın Trudeauya yönəltdiyi sual, Kanadalıların təpkisinə səbəb olub.
Sosial mediada istifadəçiləri bu söhbətin ortalığa çıxmasından sonra Kanadanın dövlət kimi 1867-ci ildə yaradıldığını bildiriblər.
 
ABŞ-ın ƏLAVƏ GÖMRÜK VERGİSİ QƏRARI
 
Qeyd edək ki, ABŞ polad idxalına 25 faiz, alüminiuma da 10 faiz əlavə gömrük vergisi tətbiq edibgətirmişdi.
Müttəfiqləri ABŞ-ın bu qərarını pisləyərkən, ticarət müharibəsi qayğıları da daha çox artıb.
 
AĞ EVİN YANDIRILMASI
 
Ağ Ev, 1814-də İngiltərə və ABŞ arasındakı müharibə zamanı İngilislər tərəfindən yandırılıb.
Müharibənin əsas səbəbləri isə İngilislərin Amerikalı tacirləri zorla donanmaya cəlb etməsi və ticarət məhdudiyyətləri ilə əlaqəli idi.
Eyni zamanda Böyük Britaniya ABŞ-ın genişlənməsinə qarşı yerliləri dəstəkləyirdi.
General Robert Rossun rəhbərliyi ilə İngilis əsgərləri Ağ Ev başda olmaqla, çox sayda dövlət binasını yandırmışdı.
Beləliklə, ABŞ-ın paytaxtı Vaşinqton ilk dəfə yalnız o vaxt xaricilər tərəfindən işğal edilmişdi.
Müxalifət.az