TSQ-nin Afrindəki YENİ STRATEGİYASI

Baxış sayı:
3613

TSQ-nin “Zeytun Budağı” Hərəkatında yeni strategiyasının, əməliyyat bölgəsini Afrin, Tel Rifat və Mabadlı olaraq 3-ə bölmək olduğu bildirilir.
 
ƏLAQƏLƏR KƏSİLƏCƏK
 
Yeni strategiya Mabadlı mahal mərəkəzindən Kefer Ruma uzanan düz xətti ələ keçirərək hazırda işğal altındakı qərb və şərq xətləri arasındakı əlaqəni kəsməkdir. Digər tərəfdən, Ziyara və Akeybə bölgələrində qeyd edilən irəliləmə ilə Nubl marşrutundan Tel Rifata açılan dəhlizi bağlayıb, şərq hissəsinin də Afrin rayon mərkəzilə birlikdə mühasirəyə alınması məqsədi güdülür. Mülki əhalinin itki və şəhid vermə ehtimalını minimuma endirmək məqsədilə hazırlanan plan daxilində Afrin, Tel Rifat və Mabadlı başda olmaqla, terrorçuların nəzarət etdiyi ərazilər daha kiçik hissələrə ayıraraq, terrorçularla əhalinin ayrılması təmin olunacaq.
 
O PLAN ÜÇÜN DÜYMƏYƏ BASILIB
 
Hazırda PKK nəzarətindəki Mabadlı və Tel Rifata qarşı əməliyyatların keçirilməsi üçün düyməyə basılıb. Raco, Şeyx Hədid, Cinderesi və Bülbül bölgələrindən Mabadlının mərkəzinə qarşı hücum çərçivəsində ilk olaraq Seriya kəndində nəzarəti təmin edən TSQ və ASO qoşunları, daha sonra Calur, Zerkanlı və strateji əhəmiyyətə malik 883 nömrəli yüksəkliyi PKK-dan təmizləyib. Gün boyu davam edən təmizlik zamanı Calur bölgəsində PKK-ya aid çoxlu miqdarda silah və sursat ələ keçirilib. Türk döyüş təyyarələri digər bir mühasirə zonası olan Tel Rifat xəttində isə başda Deyr Cimeyl ilə Ziyara olmaqla, təşkilatın sızma və maddi-texniki dəstək məqsədli təşəbbüslərini keçirdiyi hava əməliyyatları ilə dəf edib. Raco və Cinderesi başda olmaqla, terrorçuların yaşadığı məğlubiyyət, təşkilat daxilində hərc-mərcliyə səbəb olub. Təşkilat içi hesablaşmalar çərçivəsində 30-dan artıq müxtəlif ərazilərə məsul terrorçuların edam edildiyi bildirilir.
Müxalifət.az