TSQ-nın Qəndilə yaxınlaşması ABŞ-ı narahat etdi: SİNCARA YERLƏŞDİLƏR

Baxış sayı:
8116

ABŞ ordusunun bir qrup əsgərinin Mosulun Sincar dağına yerləşdiyi və bu addımla Vaşinqton rəhbərliyinin İraq-Suriya sərhədini öz nəzarəti altına almağı qarşısına məqsəd qoyduğu bildirilib.
 
İraqda Mosulun Tirin vilayətindəki Ərəb Tayfalarının sözçüsü Mezahim Əhməd el-Huveyt, Amerikalı 150 əsgərin 20 ədəd zirehli personal daşıyıcı vasitələrlə Sincar rayonunda yerləşdiyini bildirib.
Huveyt, Anadolu Agentliyinə verdiyi açıqlamada, ABŞ-ın Mosulun şimal-qərbindəki strateji mövqeyə malik Sincar dağına əsgər yerləşdirməklə İraq-Suriya sərhədini öz nəzarəti altına almağı qarşısına məqsəd qoyduğunu söyləyib.
Huveyt, "Təxminən 150 ABŞ əsgəri və 20 ədəd zirehli maşın Sincara gəlib. Bu, Haşdi Şabi üçün çox sürpriz oldu, ancaq PKK/YBŞ-ni (Şengal Müdafiə Qoşunları) o qədər də narahat etmədiyini görürük" deyə, bildirib.
Huveyt, bunları qeyd edib:
“ABŞ hərbi birliyinin Sincarda PKK/YPG-yə hər hansı bir dəstək verməsini qəbul edə bilmərik. Çünki PKK, xarici qüvvələrin əmrilə bölgəyə gəldi".
Sincarın icra başçısı Mehma Xəlil də dünən Amerikalı əsgərlərin Sincar dağına zirehli maşınlar və ağır silahlarla yerləşdiyini bildirib.
Qeyd edək ki, İraq və Amerikalı hərbçilərin, ötən şənbə günü terror təşkilatı İŞİD-in mövcud olduğu Mosulun qərbindəki İraq-Suriya sərhəd zolağına çataraq nəzarəti təmin etdiyi bildirilmişdi.
Müxalifət.az