TSQ-nin son Afrin AÇIQLAMASI: ÖLDÜRÜLƏN TERRORÇU SAYI ARTDI
5-03-2018 12:01
Baxış sayı:
4585

Türk Silahlı Qüvvələri (TSQ), “Zeytun Budağı” Hərəkatının başlanğıcından etibarən 2777 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Türkiyənin Baş Qərargah rəhbərliyindən verilən məlumata görə, hərəkat çərçivəsində terror təşkilatları PKK/KCK/PYD-YPG və İŞİD-ə mənsub terrorçuların təsirsiz hala gətirilməsinə qarşı quru və hava əməliyyatları davam edir.
Hərəkatın başlanğıcından bu yana zərərsizləşdirilən terrorçu sayı 2777-yə yüksəlib.
Müxalifət.az