TSQ Qəndilə gedir: ABŞ TERRORÇU PKK-nı QORUMA DƏRDİNDƏ

TSQ-nin Qəndil əməliyyatı terroru müdafiə edən ABŞ-ı narahat edib. Terror təşkilatının Qəndildən Sincara köçəcəyi iddia edilərkən, ABŞ-da 200 nəfərlik əsgər və zirehli texnikasını buraya yerləşdirib.
ABŞ-ın PKK-nı HİMAYƏ FƏALİYYƏTİ
Təqaüddə olan general Osman Yıldırım, ABŞ-ın bu addımını PKK dəstəkçiliyini bir yüksək mərhələyə daşıma və təşkilatı hədsiz himayə fəaliyyəti kimi səciyyələndirib. General son dəyişiklikləri PKK-nın strateji məqamda yeni mərkəz bazasını təşkil etməsi üçün başlayan təşəbbüs kimi qiymətləndirib.
İraq mərkəzi güclərinin “region daxilində nəzarəti təmin etmişik” açıqlamalarına baxmayaraq, Mira dağı və Baray sərhəd bölgələrinə əsgər yerləşdirən ABŞ-ın, qarşıdakı günlərdə Sincara yeni birliklər sövq edəcəyi bildirilir. İraq və Suriya hökumətləri arasında 2 gün əvvəl sərhəd təhlükəsizliyi ilə bağlı anlaşma əldə edildiyini xatırladan general Osman Yıldırım, ABŞ-ın İraq-Suriya sərhəd xəttinə nəzarət etmək və Şimali İraq-Şimali Suriya terror dəhlizlərini birləşdirmək planı çərçivəsində bölgəyə yerləşdiyini söyləyib.
Qeyd edək ki, Sincarın başçısı da ABŞ-ın 200 nəfərlik əsgər və zirehli texnikasının bölgəyə yerləşməsini təsdiq edib.
Müxalifət.az