TSQ, Qəndili vurduqca İRAQDAN SƏS ÇIXMAĞA BAŞLADI

Baxış sayı:
2365

Türk əsgəri PKK hədəflərini yerlə bir etmək üçün addım addım Qəndilə yaxınlaşdıqca, İraq rəhbərliyindən də bu yöndə açıqlamalar artmağa başladı.
 
Terror təşkilatı PKK-ya qarşı böyük bir qətiyyətlə əməliyyatlar keçirən Türk Silahlı Qüvvələri, “Zeytun Budağı” Hərəkatı ilə Suriyada təşkilata ağır zərbələr vurub.
 
PKK VURULUR
 
Türk əsgəri, Afrindən sonra Qəndili də terror təşkilatından təmizləməyə qərarlıdır.
Bölgədə irəliləməyə davam edən Türk əsgəri, PKK terrorçularını zərərsizləşdirməyə davam edir.
 
BAĞDADDAN İKİNCİ AÇIQLAMA
 
Türkiyəyə ixrac edilən terror bölgəsini yerlə bir etməyi qarşısına məqsəd qoyan TSQ-nın əməliyyatları İraq rəhbərliyinin narahatlığına səbəb olub.
İraqın baş naziri Heydər əl İbadinin ofisi Qəndil əməliyyatıyla bağlı iki dəfə bəyanat yayıb.
 
ƏMƏLİYYATLARI QƏBUL ETMİRİK
 
Açıqlamada, “İraq hökuməti, Türkiyənin bu bölgələrdə yayılmasını qətiyyən qəbul etmir. Bu baxımdan hər hansı bir sızma və ya yayılma, İraqın suverenliyinə və beynəlxalq hüquqa qarşı bir pozuntu kimi qəbul ediləcək" deyə, bildirilib.
Müxalifət.az