​"Türk axını"nın II mərhələsi bu ölkədən keçə bilər, ancaq..."

Baxış sayı:
10246

"Türk axını" layihəsinin II mərhələsini Bolqarıstandan keçirə bilərik, ancaq hələlik bir razılıq əldə etməmişik.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Kreml sözçüsü Dmitri Peskov bildirib.
Peskov məsələ ilə bağlı danışıqların davam etdirildiyini və Bolqarıstanın bununla məşğul olduğunu söyləyib: "Əvvəlki təcrübələrimizdən də bəllidir ki, Avopa Komissiyasının Bolqarıstana bəzi zəmanətləri olmadan bunu edə bilmərik. Müəyyən plan üzərində işlər görülür".
Qeyd edək ki, bu gün Putin verdiyi açıqlamada Türkiyə ilə "Türk axını" boru kəmərinin Bolqarıstan üzərindən Avropa Birliyinə daşınması üçün bir plan üzərində işlədiklərini bəyan edib.