Türk futbolçudan MERKELƏ ETİRAZ JESTİ

Baxış sayı:
5017

Almaniyanın futbol üzrə milli yığma komandasının üzvü, türk əsilli Mesut Özil Merkel ilə bir araya gəlməmək üçün ulduz oyunçu milli komandasının media gününə qatılmayıb. Buunla da Özil, Alman mətbuatının irqçi hücumlarına cavab vermiş olub.
 
Prezident Rəcəb Tayyib Ərdoğanla foto çəkdirdiyi üçün psixoloji cəhətdən linç edilən Məsud Özil və İlkay Gündoğan, Alman mətbuatı tərəfindən irqçi bir şəkildə tənqid edilmişdi. Məsud Özil də bu cür davranışı ilə Alman mətbuatına bəslədiyi münasibəti ortaya qoymaqla rəngini bir daha göstərdi. Milli komandanın kapitanı olmasına baxmayaraq Almaniyanın baş naziri Angela Merkelin milli yığmasını ziyarətində məsafəli duran Özil, komanda heyəti ilə fotoşəkil çəkilişində də Merkelin yanında deyil, ən uzaq küncdə durub. Almaniyanın Milli Komanda düşərgəsində olan Məsut, dünən də media gününü boykot edib. 23 nəfərlik komanda heyətindən 22 nəfər media gününə qatılsa da, Məsud, "Mən söyləyəcək hər şeyi dedim" mesajı verməklə, tədbirə qatılmayıb.
Müxalifət.az