Türk nazirdən cəsarətli S-400 açıqlaması

Baxış sayı:
7234

Rusiyadan alınacaq S-400 havadan müdafiə sisteminin “azadlıq və müstəqillik' bəyannaməsi” olduğunu vurğulayan Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu, "Niyə S-400 üçün mübarizə edirik. Dərdimiz nədir? Əgər almasaq səhv edərik. Çünki S-400 alma günümüz bizim bu gündür. S-400 bir azadlıq və müstəqillik bəyannaməsidir. Kim Türkiyənin azadlıq və müstəqilliyini istəyirsə, S-400 məsələsində 'bəli hökumət doğru edir' deyə qışqırmalıdır. Amerikadan istədik, verdimi, vermədi. Palçığa yatdı. İndi özümüz alırıq, çünki bu gün buna gücümüz çatdı. Dünən çatsaydı, dünən alardıq. Bundan geri dönmək lazım deyil" deyə söyləyib”.
Müxalifət.az