TÜRK ORDUSU QƏNDİL DAĞINDA - PKK məhv edilir - VİDEO
10-06-2018 13:10
Baxış sayı:
2629

Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqın Qəndil dağına təşkil etdiyi hərbi əməliyyatlar davam edərkən PKK terror təşkilatının ən böyük düşərgəsinin yerləşdiyi bölgədən son görüntülər əldə edilib.
“Anadolu Agentliyi” xəbər verir ki, Türkiyəyə məxsus qırıcıların və pilotsuz təyyarələrin hədəfi olmağı istəməyən PKK-çıların meşəlik ərazilərdə gizləndiyi ortaya çıxıb.
Bölgədəki yerli qaynaqların verdiyi məlumata görə, Türkiyə Hava Qüvvələri mütəmadi olaraq Qəndil dağında PKK-nın olduğu əraziləri bombalayır.
Terror təşkilatı bölgədəki yüzlərlə İraq kəndini işğal altında saxlayır. Kəndlilər öz yurdlarına gedə bilmirlər.
Qeyd edək ki, türk ordusu son hərbi əməliyyatlar nəticəsində PKK-nın nəzarətində olan bölgəyə daha 4 km yaxınlaşıb(publika.az).