Türk ordusuna minaatanlarla hücum edildi: şəhidlər var
2-06-2018 19:34
Baxış sayı:
12154

Şimali İraqda Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub.
Muxalifet.az xəbər verir ki, bu barədə TSQ məlumat yayıb.
“2 iyun 2018-ci il tarixində İraqın şimalında yol tikintisi zamanı separatçı terror təşkilatı üzvləri hərbi maşına minaatanlarla hücum edib. Hadisə nəticəsində iki qəhrəman hərbiçimiz şəhid olub, biri isə ağır yaralanıb”,- Türkiyə ordusundan bildirilib.