Türk pilotlarının tarixi həmləsi Yunanları titrətdi!

Baxış sayı:
10489

Türk F-16-ları “Yavuz” qazma gəmisini salamladı, F-16 pilotları “Yavuz”un üzərində uçarkən o anı xatirə olaraq fotoşəkillə ölümsüzləşdirdi. Pilotların Şərqi Aralıq dənizində neft və qaz axtarışı aparan “Yavuz” qazma gəmisiylə özçəkiminə Yunan mətbuatında geniş yer verilib. "Newsbomb" xəbər saytı Türk pilotların “Yavuz” qazma gəmisi üzərindən salamlayaraq uçuşunu və bunu fotoşəkillə ölümsüzləşdirməsini "Ankaradan güc nümayişi: “Yavuz” Aralıq dənizində döyüş təyyarələrinin müşayiəti ilə gəzir" başlığı ilə xəbər dərc edib. Eyni vurğu Yunan Kiprinin mətbuatında gedən yazılarda da edilib. Yunanıstanın öncül qəzetlərindən “Ta Nea” Türk pilotların bu həmləsini ''Türk F-16-lar Şərqi Aralıq dənizində “Yavuz”un üzərində uçdu'' başlığı ilə önə çıxardı. Qəzet “Yavuz”un Şərqi Aralıq dənizinə Türk F-16-larının isti salamlaması ilə getdiyini vurğulayıb. Yunan SKAI televiziyasında yayımlanan proqramda da Türk pilotların bu həmləsinə yer verilib. “Antenna” kanalı da “Yavuz”un Türk F-16-larının müşayiətində Antaliyadan yola çıxdığını bəyan edib. Yunan Kiprində də Yunan televiziyası “Yavuz”un Aralıq dənizindəki seyrinə döyüş təyyarələri ilə yanaşı, iki Türk döyüş gəmisinin müşayiət etdiyinə diqqəti çəkib. Müxalifət.az