Türk qırıcıları Əsəd biliyini Afrinə APARAN YOLU VURDU

Baxış sayı:
7144

Türk Silahlı Qüvvələri PKK-nın işğalında olan Afrindən Hələbə uzanan yeganə əlaqə dəhlizini vurdu. Afrinin cənub-şərq xəttində yerləşən Basuta və Ziyara kəndlərindəki PKK mövqeləri Türk döyüş təyyarələri tərəfindən bombalanıb.
 
Afrin-Nubbul marşrutunda həlledici əhəmiyyətə malik kəndlərə qarşı keçirilən bombardmanda 7 PKK-lı terroristin öldüyü bildirilib. Əsəd birliyinin Afrinə  girəcəyi ilə bağlı verilən xəbərlərə paralel olaraq həyata keçirilən hava əməliyyatı, Türkiyənin bu iddialara cavabı kimi şərh olunur. Hava bombardmanının "Rejim-PKK müqaviləsi"nə simvolik olaraq ən yaxşı cavab olduğu qeyd edilir. ASO tərəfindən edilən açıqlamada da "Əsəd güclərinin Afrinə girməsi “Zeytun Budağı” hərəkatının gedişi və hədəfinə təsir göstərməyəcəkdir" deyilib.
 
TERRORÇULARA ÖNCƏ İNSANİ YARDIM
 
İkidam, Şeltah və Merseva kəndlərini terror təşkilatından təmizləyən əməliyyatda çox sayda terrorçu də sağ ələ keçirilib. Aralarında qadınların və uşaq yaşda olan terrorçulara da ilk öncə insani yardım edilib.
Müxalifət.az