Türk əsgəri bölgəni MÜHASİRƏYƏ ALDI: PKK-nın ÜSTÜNDƏN XƏTT ÇƏKİLDİ

Baxış sayı:
1297

TSQ regionda terror təşkilatı PKK-nı məngənəyə alarkən, İraqın Kürd bölgəsi IKBY-dən açıqlama verilib. IKBY-nin hökumət sözçüsü Sefin Dizayi, "PKK-nın varlığı sərhəd bölgələrinin qeyri-sabitliyinə səbəb olmaqdadır" deyib.
 
İraq Kürd Regional Rəhbərliyinin (IKBY) hökumət sözçüsü Sefin Dizayi, terror təşkilatı PKK-nın İraqın şimalındakı varlığı səbəbilə regionun zərər gördüyünü və PKK-nın bölgədə yerləşməsinə görə, 300-dən artıq kəndə xidmət göstərilə bilmədiyini bildirib.
 
PKK-nı BÖLGƏDƏ İSTƏNMİRLƏR
 
Dizayi, Ərbildə jurnalistlərə verdiyi açıqlamada, Türk Silahlı Qüvvələrinin (TSQ) Şimali İraqda terror təşkilatı PKK-ya qarşı əməliyyatına dair, "PKK-nın varlığı sərhəd bölgələrinin qeyri-sabitliyinə səbəb olur" deyə, söyləyib.
Təşkilatın regiondakı terror aksiyalarının TSQ-nin İraq torpaqlarında əməliyyat aparmasına yol açdığını qeyd edən Dizayi, bu səbəblə IKBY hökuməti olaraq sərhəd bölgələrinin yenidən sabitliyə qovuşması üçün münaqişələrin bir an əvvəl bitməsinə tərəfdar olduqlarını deyib.
 
BUNLAR QƏBUL EDİLƏ BİLMƏZ
 
Dizayi, Mosul vilayətinə bağlı Sincar rayonunda dünən İranın dəstəklədiyi Haşdi Şabi milisləri ilə PKK-ya bağlı YBŞ (Şengal Müdafiə Qoşunları) döyüşçüləri arasında yaranan qarşıdurmanı xatırladaraq, "Sincarda fəaliyyət göstərən hər cür milis gücünün əleyhinəyik və bunu qəbul etməyimiz mümkün deyil" deyə, bildirib.
Müxalifət.az