Türk əsgəri TERROR YUVASI QƏNDİL YOLUNDA

Baxış sayı:
616

Şimali İraqda 2.5 aydır ki, müəyyən fasilələrlə əməliyyatlarını davam etdirən TSQ, xüsusilə Qəndil yolu üzərində yerləşən Hakurka qarşı əməliyyatlarını intensivləşdirib. Hakurka intensiv şəkildə əməliyyat aparılması "Qəndilə eniş hazırlığı" kimi də qiymətləndirilir.
 
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Şimali İraqda, terror təşkilatı PKK-ya qarşı qurudan və havadan apardığı əməliyyatlar, 2.5 aydır fasilələrlə davam edir.
 
HAKURKA İNTENSİV ƏMƏLİYYATLAR
 
Bu əməliyyatların son bir həftə ərzində xüsusilə Hakurk bölgəsinə intensiv xarakter alması diqqət çəkir. Bir həftədə 22 hədəf vurularkən, 10-dan çox terrorçu da zərərsizləşdirilib. Məlumata görə, Hakurk əməliyyatlarının pərdə arxasında, terror təşkilatı PKK-nın Şimali İraqda baş qərargahı mövqeyindəki Qəndildən bölgəyə terrorçu göndərməsinin qarşısını almaq məqsədi var. Şimali İraqda 10 martda xüsusi təyinatlıların qurudan F-16-ların da hava hücumları başlatdığı əməliyyatların keçmiş illərə görə ən mühüm fərqi, Türk əsgərinin hərəkat sonrası Türkiyə sərhədlərinə geri qayıtmayıb regionda yerləşməsidir.
 
DAİMİ BAZALAR YARADILIB
 
Xüsusilə Türkiyə ilə sərhəd xətti (Hakkari-Şırnak) ilə Avaşin və Zap boyu Hakurka qədər olan hissədə mühüm bir ərazini terrorçulardan təmizləyən TSQ, Hakurka qədər olan bu bölgədə bəzi kritik nöqtələrdə daimi bazalar qurmuşdur. TSQ-nin bu bölgələrdə yerləşməsinin qarşısını almaq üçün terror təşkilatı PKK, son dövrdə Qəndildən Hakurka terrorçu sövq etməyə başlayıb. Məhz bu baxımdan TSQ-nın Hakurka hava hücumları artırılıb. Təhlükəsizlik qaynaqları, Hakurka qədər olan sahədə bir çox bazanın qurulduğunu təsdiqləyib. Ancaq TSQ, Hakurkda tam yerləşməyib.
 
QƏNDİLƏ ENİŞ HAZIRLIĞI
 
Hakurkun digər bir xüsusiyyəti də Qəndil yolu üzərində yerləşməsidir. Bu səbəblə də Hakurka intensiv şəkildə əməliyyat aparılması "Qəndilə eniş hazırlığı" kimi qiymətləndirilir. Ancaq bu iddiayla bağlı təhlükəsizlik mənbələri hələlik səssiz qalmağa üstünlük verir.
Müxalifət.az