Türkiyə AB-nin üzvü olsaydı, Breksit olmazdı - Çelik

Baxış sayı:
12130

Breksit prosesinin bu şəkildə davam etməsi Avropa Birliyi və İngiltərə üçün də böyük problemdir.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə AKP sözçüsü Ömər Çelik çıxış edib.
"Biz İngiltərə xalqının iradəsinə hörmətlə yanaşırıq, ancaq bu ölkənin AB-dən ayrılmasının yaxşı nəticələnməyəcəyini hesab edirik. Əgər Türkiyə AB-yə tamhüquqlu üzv olsaydı, bu problemlər olmazdı", - Çelik Breksit sazişinin 3-cü dəfə Böyük Britaniya parlamenti tərəfindən rədd edilməsinə münasibət bildirərkən qeyd edib.