Türkiyə ABŞ-ın bu təklifinə niyə qarşı çıxır? - Böyük SƏBƏB

Baxış sayı:
6457

ABŞ-ın təhlükəsiz bölgə təklifi PKK/PYD-yə qarşı hücumun qarşısını almaq məqsədi güdür. Türkiyə Rusiya və İranı arxasına alaraq tezliklə PKK/PYD-yə qarşı əməliyyat aparmalıdır.
Muxalifet.az xəbər verir ki, bunu türkiyəli siyasi eksper Naim Babüroğlu bildirib.
Babüroğlu vurğulayıb ki, Türkiyə razılığın əldə edilməsi mümkünsüz görünən təhlükəsiz bölgə təklifini arxa plana atmalı və Fəratın şərqinə doğru hərbi əməliyyata başlamalıdır:
"ABŞ ilə Türkiyə arasında təhlükəsiz bölgənin yaradılması ilə bağlı görüşlər davam edir. Ancaq ABŞ-ın PYD/PKK terror təşkilatından əl çəkmədiyi və Suriyadakı bu terror təşkilatlarını tərəfdaş kimi qəbul etdiyi üçün Türkiyə bu təklifə qarşı çıxır".