Türkiyə-ABŞ toplantısı haqda ABŞ-dan AÇIQLAMA

Baxış sayı:
3082

ABŞ-ın dövlət katibi Reks Tillersonın vəzifədən alınmasından sonra Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ilə 19 martda keçirilməsi planlaşdırılan toplantının, 21 martda yüksək vəzifəli Türk və Amerikalı rəsmiləri arasında həyata keçirilməsinin planlaşdırıldığı bildirilib.
 
ABŞ ilə Türkiyə arasında yaradılan üç texniki komitədən biri olan Suriya komitəsinin ilk iclası ötən həftə başa çatdıqdan sonra, iki ölkə xarici işlər nazirlərinin martın 19-də Vaşinqtonda bir araya gəlməsi gözlənilirdi.
Diplomatik mənbələr, ABŞ-ın dövlət katibi Tillersonın prezident Donald Tramp tərəfindən vəzifədən alınmasından sonra nazir Mövlud Çavuşoğlunun 19 martdakı ABŞ səfərinin təxirə salındığını bildirmişdi.
Mövzu ilə bağlı açıqlama verən yüksək vəzifəli Amerikalı bir səlahiyyətli isə nazirlər səviyyəsində olmasa da, 21 martda yüksək vəzifəli Türk və Amerikalı şəxslər arasında Suriya mövzusunda bir toplantının keçirilməsinin planlaşdırıldığını deyib.
Səlahiyyətli, ABŞ-ın iki ölkə arasındakı gərgin münasibətlərin yumşaldılmasına yardım etmək üçün yaradılan texniki komitələrin fəaliyyətini davam etdirməsini istədiyini bildirərək, iki ölkə nümayəndə heyətləri arasında görüşlərin davam edəcəyini qeyd edib.
Müxalifət.az